XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 22:44

İŞİD Türkiyədə “Pasxa terroru”na hazırlaşır- Səfirlik, kilsə və sinaqoqlara hücum gözlənilir

Pasxa ilə əlaqədar Ankarada və Türkiyənin böyük şəhərlərində teraktlar ola bilər. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu xəbərdarlıq bu gün Türkiyə hüquq-mühafizə orqanlarından gəlib.

Polisin ehtimalına görə, bu dəfə İŞİD-in əsas hədəfi kilsələr, sinaqoqlar və xristianlar üçün müqəddəs sayılan digər məkanlardır.

Eyni zamanda ölkədəki səfirlik, konsulluq və beynəlxalq qurumların nümayəndəliklərinə də hücumlar ola bilər. 

Qeyd edək ki, son 8 ayda Türkiyədə baş verən terror hücumlarından 4-nü İŞİD üstlənib. İstanbulda martın 19-da baş verən son terror aktını da bu qruplaşma törətmişdi.