Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
Nazirliyin “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:
“Qardaşımız, əzizimiz, Azərbaycanımız.
Müstəqillik gününüz mübarək.
Dağlıq Qarabağı erməni işğalından qurtarmaq üçün apardığınız əməliyyatda qardaşlarınız kimi sizinləyik və həmişə sizinləyik.
Tək Millət – İki Dövlət olaraq sonsuza qədər qalacağıq!”