XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2020 - 11:27

Ukrayna səfirliyi:"Bayram münasibətilə Azərbaycanı təbrik edirik"

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Təbrik mətni səfirliyin feysbuk səhifəsində dərc olunub.

“Oktyabrın 18-i dünya Azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!”, – qeyd olunub.