XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2020 - 12:05

İmran Xan:“Ərazi bütövlüyünü qoruyan Azərbaycan ordusuna sayğı duyuruq”

Pakistanın baş naziri İmran Xan Azərbaycanı 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Bu barədə ölkənin baş nazir tvitterdə paylaşım edib.

“Müstəqillik günündə İlham Əliyev və qardaş Azərbaycan xalqına ən səmimi təbrikləri çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsində Azərbaycanla həmrəydir”, – o yazıb.