Azərbaycanın İranla sərhəddində, Arazın o tayında yaşayan soydaşlarımız əsgərlərimizin Xudafərin bəndi yaxınlığında azad etdiyi kəndə gəlişini sosial mediada paylaşıb.
Strateq.az “Khabaronline”-a istinadla xəbər verir ki, döyüşü və onun nəticəsini canlı olaraq və sevinclə izləmiş İran vətəndaşları “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan əsgəri!” şüarları və təkbirlər səsləndiriblər.