XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2020 - 15:03

Son qələbələr münasibətilə qurbanlar kəsilərək cəbhə bölgəsində paylanılıb –Xalq və ordu birliyimiz daha da güclənir

Azərbaycan ordusunun qazandığı qələbələr cəbhə bölgəsində yaşayan sakinlərdə ruh yüksəkliyinə səbəb olub. Ard-arda gələn zəfər xəbərləri xalqımızın ordumuza qarşı olan inamını daha da artırır.

Füzuli rayonunun kəndlərindən birində son qələbələr münasibətilə qurbanlar kəsilib. Qazilərdən və Qarabağ Müharibəsi əlillərindən ibarət bir qrup vətənsevər vətəndaş tərəfindən gətirilən qurbanlıq qoyunlar kəsilərək cəbhə bölgəsində paylanılıb.

Sakinlər daim səngərdə dayanan əsgərimizin arxasında olduğunu və cəbhədən gələcək olan yeni qələbə xəbərlərini gözlədiklərini söyləyiblər. /Report.az