XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2020 - 18:06

Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi:"Azərbaycanı hər sahədə dəstəkləməyə davam edəcəyik"

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

Strateq.az xəbər verir ki, təbrikdə deyilir: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr – Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.