XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2020 - 19:34

Ayətullah Məkarim Şirazi:"İstənilən vasitəçilik Qarabağın işğalına son qoymalıdır"

Ayətullah Məkarim Şirazi müsəlmanları Qarabağ bölgəsinin işğaldan azad edilməsini dəstəkləməyə çağıran bir bəyanat yayıb.

Strateq.az “Şəfəqna”-ya istinadla xəbər verir ki, bəyanatda vurğulanır: “İstənilən vasitəçilik, danışıqlar və qəbul edilən qərar bu bölgənin tamamilə azad olmasına və İslam aləminə qayıtmasına səbəb olacaq.”

Ali şiə ruhanisi bildirib ki, son günlərdə Dağlıq Qarabağ bölgəsindən gələn narahatedici xəbərlər bir daha düşüncə və qəlbləri İslam dünyasının bu hissəsinə yönəldib. “İllər əvvəl bu bölgənin zalım işğalından sonra regionda müharibə odu yenidən alovlanıb və torpağa məzlum müsəlmanların qanı tökülüb; bəziləri evindən-yurdundan didərgin düşüb ​​ki, bunun da məsuliyyəti ilk günahkarların – işğalçıların üzərinə düşür.

Bütün müsəlmanlar, Fələstin və digər İslam məmələkətləri kimi, Dağlıq Qarabağ bölgəsinin azad edilməsini dəstəkləməlidir və biz bu dəstəyi vurğulayaraq bölgənin tamamilə azad edilməsinə və geri qaytarılmasına səbəb olacaq istənilən vasitəçilik, danışıqlar və qərar qəbulunu vacib hesab edirik. Təki o, İslam dünyasına qayıtsın.

Bu arada hörmətli Azərbaycan Respublikası hökuməti Qurani-Kərimin “Və lə tərkənu iləlləzinə zələmu” (“Zülm edənlərə meyl etməyin”) əmrinə əsasən hərəkət etməli, yəni işğalçı və ya qəsbkar olanlardan, yaxud İslam dünyasındakı bəzi fitnəkar diyarlarda müsəlman qanının axıdılmasını mübah bilənlərdən kömək istəməməlidir. Və öz maraqlarını həqiqi dostlarının köməyi ilə həyata keçirməli, Azərbaycan xalqının hüquqlarına əməl olunmasını tələb etməlidir.

Müqəddəs kitabların və həzrəti İsa (ə.) başda olmaqla, bütün ilahi peyğəmbərlərin təlimləri zülmdən uzaq olmaq və məzlumlara kömək etməkdən ibarətdir, buna görə  də, bütün xristianlar Ermənistan hökumətinə həmin təlimlərdən irəli gələn vəzifələrini yerinə yetirmələrini tövsiyə etməlidirlər. Bu ilahi dini zülmdən və işğaldan təmizləyin; dünyadakı möminlərin və Allaha pərəstiş edənlərin qəlblərini bir-birinə yaxınlaşdırın, zülm və zülmün nəticələrindən həzər edin, çünki Allah buyurub: “Siələmul-ləzinə zələmu əyyə minqələbin yənqələbun” (“Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!”)