XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 12:14

İran Ermənistana məxsus PUA-nı vurub

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Trend-in Rusiya KİV-lərinə istinadən məlumatına görə, səhər saatlarında İranın hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisindən hərəkət edən aparatı dövlət sərhədini keçdikdən sonra zərərsizləşdirib.

Hadisə Ərdəbil əyaləti ərazisində baş verib. Həmin dronun kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.

Bu, İran tərəfindən Ermənistan PUA-sının vurulması ilə bağlı ilk hadisə olub.