XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 16:14

Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir –MN

“Hazırda cəbhə boyu ərazidə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır”.

Bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Univsersitetində diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç zaman dinc ermənilərə qarşı hər hansı hücum edilməyib: “Lakin Ermənistan tərəfi bunun tam əksini edir. Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Gəncədə baş verənlər tarix kitablarına düşəcək”.

Azərbaycanın erməni əhaliyə humanitar dəhlizlə bağlı müraciətini xatırladan H. Mahmudov qeyd edib ki, Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir. (apa)