XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 16:27

Prezidentin köməkçisi:“Ermənistan hərbi və mülki obyektlər arasında fərq qoymur”

“Beynəlxalq humanitar hüquq hərbi və mülki obyektlər arasında fərq qoyulmasını tələb edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, lakin Ermənistan tərəfinin addımlarında bu fərq görülmür: “Beynəlxalq humanitar hüquqa əsasən, hərbi hücumlar təkcə hərbi obyektlərə və orduya qarşı həyata keçirilə bilər. Bu qanunla bütün dinc sakinlər müdafiə olunur. O ana qədər ki, bu dinc sakinlər birbaşa döyüşlərdə iştirak edir. Bu, həmçinin, şəhərlərin, kəndlərin, evlərin və digər mülki obyektlərin bombardman edilməsi və digər vasitələrlə dağıdılmasını qadağan edir”. (apa)