XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 16:41

“Azərbaycan Ordusu indiyədək Ermənistanın 300-dək tank və digər zirehli texnikasını məhv edib, 38 tankını qənimət kimi götürüb” –MN

“Azərbaycan Ordusu bu günə qədər Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib”.

Bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Mahmudov deyib ki, 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib: “Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”. (apa)