XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 17:01

“Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir” –Hikmət Hacıyev

“Müvəqqəti humanitar atəşkəs elan olunan vaxtdan 2 dəqiqə keçəndən sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə layiqli cavab verilib: “Bunun nəticəsində bir sıra kəndlərimiz işğal azad edilib. Bu barədə Ali Baş Komandan da özünün “Twitter” hesabından xalqımıza xoş xəbəri çatdırıb”.

Prezidentin köməkçisi qeyd edib ki, ön cəbhədə vəziyyət gərgindir, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir. (apa)