XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 19:24

“Azərbaycan öz imkanları daxilində beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturunun təhlükəsizliyini təmin edir” –Hikmət Hacıyev

“Azərbaycan Respublikası öz imkanları çərçivəsində beynəlxalq əhəmiyyətli iri neft-qaz infrastrukturunun təhlükəsizliyini təmin edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Eyni zamanda, müvafiq tərəf müqabilləri və layihələrdə iştirak edən xarici şirkətlərlə də bu infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılır. Lakin hər hansı üçüncü bir tərəfin burda təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”, – deyə H. Hacıyev vurğulayıb. (apa)