XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 22:08

QARABAĞ SAVAŞI ABŞ-da MÜZAKİRƏYƏ ÇIXARILIR –Pompeo nazirləri Vaşinqtona çağırdı

Cümə günü Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə ayrıca görüşəcəklər.

Bu barədə Amerikanın “POLITICO” nəşri məlumat verib.

Elçilərin bir-biri ilə görüşüb-görüşməyəcəyi və ya ABŞ rəsmilərinin üçtərəfli görüş çağırmağa çalışacağı dəqiq deyil. Ancaq eyni gündə etdikləri səfər, ABŞ-ın sentyabr ayının sonlarından bəri yüzlərlə hərbi və mülki vətəndaşın ölümü ilə nəticələnən təzadlı münaqişəni azaltmaq üçün səylərini artırdığını göstərir.

POLITICO-nun nəzərdən keçirdiyi ABŞ hökumət sənədlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov əvvəlcə Pompeo ilə cümə günü səhər görüşəcək. Bundan sonra Zohrab Mnatsakanyan ABŞ dövlət katibi ilə görüşəcək.

Dövlət Departamenti qarşıdakı görüşlər barədə hələ açıqlama verməyib. (contact.az)