XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 19:28

MN sözçüsü:"Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil"

“Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən mövqeləri döyüşə girməkdən imtina edir”.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilanın kəndləri, o cümlədən Zəngilan şəhəri işğaldan azad edilib: “Ermənistan Müdafiə Nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdan başqa bir şey deyil. Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Azərbaycan Ordusunun hədəfi  legitim hədəfləri dəqiq atəşlərlə məhv etməkdir/APA.