XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 10:53

“Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” –Prezidentin köməkçisi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın Independent nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib.

H. Hacıyev özünün “Twitter” hesabında bildirib ki, S. Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir.

“O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”, – deyə H. Hacıyev vurğulayıb/APA.