XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 11:00

Müdafiə Nazirliyi:"Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb"

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Müdafiə Nazirliyindən Strateq.az verilən məlumata görə, təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.