XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 15:27

“Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü baş tutub” –Rusiya XİN bəyanat yaydı

Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.

Məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, – Rusiya XİN-in bəyanatında deyilir. /Report.az