XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 15:04

Türkiyənin xanım

Kad%C4%B1nlara+askerlik+geliyor

 

Dastanlarımızdan türk xanımlarının öz həyat yoldaşlarıyla bərabər düşmənə qarşı döyüşdüklərini bilirik. Deyəsən, Türkiyədə qəbul olunması gözlənilən yeni qanunlardan sonra bu hadisə tarixilikdən ayrılıb həyati reallığa çevriləcək.

Strateq.az xəbər verir ki, qardaş ölkənin Müdafiə Nazirliyi və Baş qərargahı əsgərlik sistemində köklü dəyişikliklərə hazırlaşır.

Qəbulu planlaşdırılan yeni qaydalara əsasən, əsgərlik sistemində məcburilik davam etdirilsə də, qadınlar üçün də əsgərlik  yolları görünəcək. Di gəl ki, qadınların əsgərliyi kişilərdən fərqli olaraq könüllülük əsasına söykənəcək. Yəni könlü istəyən zərif cins nümayəndələri əsgəri xidmət göstərə biləcəklər.

Qeyd edək ki, qadınların hərbi xidməti dünyanın bir çox ölkəsində təəccüblü hadisə sayılmır. Hətta İsrail və Norveçdə qadınlar məcburi hərbi xidmətə yollanırlar. İsraildə onların məcburi hərbi xidməti 2 il davam edir.

Avstriya, Danimarka, Estoniya, Finlandiya, İsveçrə, Litva və Yunanıstan kimi Avropa ölkələrində bu, könüllü əsaslara söykənir. Türk xanımları da öz İsrail və norveçli həmcinsləri kimi, hərbi xidmətlərində sərbəst olacaqlar.

Maraqlıdır ki, qardaş ölkədə əsgəri ucaltmaq üçün tez-tez “mehmetçik” sözündən istifadə edilir. Bu, təbii ki, patriarxal dəyərlərə söykənən hərbi anlayışdan irəli gəlir. Türk xanımları əsgərə getdikdən sonra hərbçilərə necə müraciət ediləcəyi maraq doğurur. Axı, "Mehmet" kişi adıdır. Zərif cinsin nümayəndələri əsgər olduqdan sonra onlara “mehmetçik” deyilməsinin o qədər də xoş qarşılanmayacağı indidən bəllidir.

Heydər Oğuz

Strateq.az