“Həm Bəşər Əsədə, həm İŞİD-ə qarşı eyni anda vuruşmaq dəlilik və axmaqlıqdan başqa bir şey deyil”.
Strateq.az xəbər verir ki, bu sözləri ABŞ-ın prezidentliyə namizədi Donald Tramp bildirib. Respublikaçı namizədin fikrincə, İŞİD bəşəriyyət üçün Bəşər Əsəddən daha böyük təhlükədir və ABŞ-ın Suriya siyasəti bu həqiqəti əldə rəhbər tutaraq müəyyənləşdirilməlidir: “Onlar bir-biriylə və biz isə ikisiylə də döyüşürük. Məncə, bizim ən böyük problemimiz İŞİD-dir və hər zaman da belə düşündüm”.
“Ən böyük problemə” qarşı aparılacaq mübarizənin yollarından danışan milyarder bunun üçün iki əsas amili ön plana çəkib. Onun sözlərinə görə, gəlirlərinin böyük bir hissəsini neftdən və bank əməliyyatlarından qazanan terror təşkilatını zəiflətmək üçün diqqətlər bu iki hədəf üzərində cəmləşməlidir.