XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 20:44

Vladimir Putin:"Həm Əliyevlə, həm də Paşinyanla çox sıx əlaqə saxlayıram"

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı kompromis tapmaq istədiyini bildirib.

Strateq.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla əlaqə saxladığını diqqətə çatdırıb.

“Valday” müzakirə klubunda onlayn üslubda suallara cavab verən Vladimir Putin qeyd edib: “Dağlıq Qarabağla bağlı bu kompromisin tapılmasını çox istərdim”.

Rusiya prezidenti əlavə edib: “Bildiyiniz kimi, həm Prezident Əliyevlə, həm də Baş nazir Paşinyanla çox sıx əlaqə saxlayıram. Gündə bir neçə dəfə onlarla telefonla danışıram. Gündə bir neçə dəfə”.