XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2016 - 16:06

Dünyada nə qədərnüvə silahı var?

nuve-silahi

31 mart – 1aprel tarixlərində ABŞ paytaxtı Vaşinqtonda keçiriləcək Nüvə təhlükəsizliyi üzrə 4-cü  Beynəlxalq Sammit ərəfəsində dünyadakı nüvə silahları ilə bağlı yeni məlumatlar açıqlanır.  

Dünya üzrə 70 təşkilatı birləşdirən Nüvə materialları üzrə İşçi Qrupun (FMWG) məlumatına görə, hazırda dünyada radioktiv maddələr II Dünya Müharibəsi zamanı Yaponiyanın Xirosima şəhərinə atılan bombadan 2000 ədəd düzəldilməsinə kifayət edərdi. Nüvə silahı yaradılmasına yararlı olan 2000 ton maddə 25 ölkədə saxlanılır.  Bu materialların əksəriyyəti hərbçilərin nəzarətindədir. 15% isə tibbi və digər mülki məqsədlər üçün istifadə olunur.

“2014-cü il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu”nda “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” tərəfindən təklif olunan 56 meyar üzrə  dünyanın 176 ölkəsinin renkinqi əksini tapmışdır. Buraya daxil olan 25 əsas ölkənin hər birində öldürücü silah yaradılması üçün istifadə edilə biləcək nüvə materiallarının ehtiyatı bir kiloqramdan çox, qalan 151 ölkənin hər birinin nüvə materialları ehtiyatının həcmi bir kiloqrama qədərdir və ya ümumiyyətlə hər hansı nüvə materialları yoxdur. Lakin həmin ölkələr qadağan edilmiş materiallar üçün sığınacaq yeri, əməliyyat meydanı və ya tranzit ərazi ola bilər.

Sülh problemlərinin tədqiqatı üzrə Beynəlxalq Stohkolm İnstitutunun araşdırmasına görə, Rusiyanın 8000, ABŞ-ın 7300, Böyük Britaniyanın 225, Fransanın 300, Çinin 250, Pakistanın 100, Hindistanın 90-110, Şimali Koreyanın 6-8 nüvə silhaı var.

Rusiya, ABŞ, Böyük Britaniya, Fransa dərhal nüvə silahından istifadə edə bilərlər. Bu ölkələrin nüvə döyüş sursatı raketlərə quraşdırılıb, yaxud hərbi bazalarda saxlanılır.

Strateq.az