XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 22:14

Yəhudi əsilli Azərbaycan əsgəri:“Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”

“Mən yəhudi əsilli əsgər Daniel Zarmayilov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməkdən qürurluyam. Azərbaycan bizim evimizdir, Vətənimizdir. Vətənimiz uğrunda son damla qanıma qədər döyüşəcəm”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan vətəndaşı, Ordumuzun yəhudi əsilli əsgəri Daniel Zarmayilov videomüraciətində deyib.

“Azərbaycan dövlətindən və xalqından çox razıyıq. Erməni təcavüzünü qətiyyətlə qınayırıq. Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı Azərbaycan Ordusu!”, – deyə o əlavə edib.