XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 14:24

Peskov:"Putin Qarabağla bağlı əlindən gələn hər şeyi edir"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiyanın müharibəni dayandırması və Dağlıq Qarabağ münaqişəsini həllini sülh yoluna uyğun vəziyyətə gətirməsi üçün hər şeyi etdiyini bildirib.

Strateq.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev əvvəllər Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada görüşmə ehtimalını istisna etmədiyini, ancaq rusiyalı həmkarı Vladimir Putindən Rusiya paytaxtına dəvət almadığını söyləyib.

Dmitri Peskov Rusiyanın belə bir dəvət göndərməyə və iki liderin görüşünü təşkil etməyə hazır olub-olmadığına dair suala belə cavab verib: “Putin dünən həm Əliyevlə, həm də Paşinyanla daim gündəlik təmasda olduğunu söyləyib. Bu sualı cavablandırarkən, bir daha təkrarlaya bilərəm ki, Rusiya Federasiyası rəhbəri mümkün olan hər şeyi edir ki, müharibə və Qarabağ münaqişəsinin həlli prosesini dinc bir məcraya çevirsin”.