XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 15:05

Ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən vəsaitlərin idxalına nəzarət gücləndirilib –NK

Ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin respublika ərazisinə idxalına nəzarət gücləndirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşura kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Məlumatda qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad hallarının qarşısının alınması istiqamətində işlər davam etdiriləcək.