XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 16:16

Əfqanıstan XİN:"Qarabağ müharibəsində iştirak etmirik"

“Əfqanıstan Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmir”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında deyilir.

Nazirliyin bəyanatında bildirilir: “Bu yaxınlarda Ermənistanın Milli Təhlükəsizlik Xidməti guya Əfqanıstandan Azərbaycana muzdlu döyüşçülərin və silah-sursatın bu ölkəyə məxsus “Silk Road” şirkətinin mülki uçuş reysləri ilə daşındığını iddia edib. Əfqanıstan Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmir və müharibə qurbanı kimi, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, Azərbaycan-Ermənistan böhranının sülh yolu ilə həll olunmasını vurğulayır”.

Xatırladaq ki, Əfqanıstan Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından Azərbaycanın mövqeyini dəstəkləyib.