ABŞ prezidenti Barak Obama Pasxa bayramı münasibəti ilə bütün xristianları təbrik edib.
Axar.az xəbər verir ki, şəxsi Tvitter hesabında ailə üzvləri ilə birgə fotoşəkilini paylaşan Ağ Ev rəhbəri bunları qeyd edib:
“Ailəmizdən sizə Müqəddəs Pasxa bayramı hədiyyəsi. Biz hər kəsi təbrik edərək şən gün keçirməyi arzu edirik”.