XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2015 - 10:57

“Azadlıq Radiosu” informasiya müharibəsinə hazırlaşır: Struktur dəyişdirilir – Qərar

azadliq_radiosu.jpg

ABŞ Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsi Amerikanın beynəlxalq KİV-nin fəaliyyəti ilə bağlı islahatlar aparılmasını nəzərdə tutan qanun layihəsini yekdilliklə dəstəkləyib.

Bu barədə Yayım İdarəetmə Şurasının (BBG) saytında məlumat verilib. Konqresmenlərin fikrincə, bu addımlar Rusiyanın, İranın və İŞİD-in ABŞ əleyhinə apardığı informasiya müharibəsinin qarşısını almağa kömək edəcək.

Qanun layihəsi Yayım İdarəetmə Şurasının sədrinin yaradılmasını nəzərdə tutur. Hazırda Şura “Amerikanın səsi”, “Azad Avropa/Azadlıq Radiosu”, Yaxın Şərq Yayım Şəbəkəsi, “Azad Asiya” və Kubaya yayım bürosunun işinə ümumi rəhbərlik edir.

Qanun layihəsində nəzərdə tutulur ki, Yayım İdarəetmə Şurası məşvərətçi quruma çevriləcək. Sədr isə təkbaşına qərar qəbul edə biləcək. Bir sıra yayım şəbəkələri isə “FreedomBroadcasters” qrupunda birləşdiriləcək.

Komitə üzvləri hesab edirlər ki, bu cür islahatlar son 5 ildə xərcləri 160 milyon manat azaltmağa imkan verəcək.

ABŞ Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin rəhbəri Ed Roys bilidib ki, Yayım İdarəetmə Şurası bürokratiya və rəhbərliyin zəif strukturuna görə zəifləmişdi. “Biz icazə verə bilmərik ki, indiki çox mürəkkəb vəziyyətdə bu problemlər dərinləşsin”, – deyə Ed Roys əlavə edib.

Strateq.az