XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 12:06

“Düşmən Berd və Vardenis rayonlarından ərazilərimizi atəşə tutur” – Ermənilər növbəti humanitar atəşkəsi yenə pozdu

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.