XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 17:25

Qarabağ məsələsi Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir –Kreml

Qarabağ münaqişəsinin siyasi həlli Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir.

TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı bildirib.

“Hazırda kəskin mərhələdə olan Qarabağ böhranının həlli hər hansı rəqabət üçün meydan olmamalıdır və ola bilməz”, – deyən Kreml rəsmisi bu istiqamətdə ABŞ-ın Rusiyadan daha çox iş görüb-görməməsinə dair suala cavab verərkən deyib.

“Minsk qrupunun həmsədri kimi Rusiya bu müharibəni dayandıracaq hər bir addımı alqışlamağa hazırdır”, – o deyib. (report)