XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 16:03

Hikmət Hacıyev:“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozaraq Daşkəsənə hücum ediblər”. 

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər”.  

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Nəticədə yanğın olub. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur”, – o qeyd edib.