XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 17:57

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına dəyişiklik edilib –Qərar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına dəyişiklik edilib.

Baş Nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər,

gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsinə yeni bəndlər əlavə edilib. Beləliklə, Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü

lisey; Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü

lisey; Şirvan şəhər kimya-biologiya təmayüllü lisey; Şəki şəhər kimya-biologiya təmayüllü lisey; Şəmkir rayonu kimya-biologiya təmayüllü lisey Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına əlavə edilib.