XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 18:55

“Həsən Ruhani Azərbaycanı təbrik etməli idi” –Eks-səfir

“Bakı İran qarşısında məsuliyyətinin fərqindədir”.

Strateq.az “Khabar online”-a istinadla xəbər verir ki, bu, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin fikridir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev son günlərdə Zəngilan şəhəri və Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran sərhədinə tam nəzarəti təmin edib. “Belə bir inkişaf təkfirçi qüvvələrin İran sərhədi yaxınlığında yerləşdirilməsinə dair narahatlıqlara da son qoya bilər. Çünki Bakı məsuliyyətini dərk edir və bu baxımdan, xarici qüvvələrin girişinin qarşısını alacaq”.

Əfşar Süleymani əlavə edib: “27 ildən sonra baş verən bu hadisənin ardınca İlham Əliyev həm Azərbaycan, həm də İran xalqını təbrik edib ki, İran prezidentinin də eyni təbriki dilə gətirməsi yaxşı olardı”.

Keçmiş səfirin fikrincə, Azərbaycan Respublikası və Ermənistan, habelə İran və Türkiyənin iştirakı ilə bir görüş keçirmək təsirli olardı. “Sonrakı mərhələlərdə görüşlərdə Rusiya da iştirak edə bilər. Bu cür görüşlərin keçirilməsi yaxşı nəticələrə səbəb olar və tərəflər arasında inam yaradardı”.