XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 16:44

Hikmət Hacıyev:"Ermənistan humanitar atəşkəsdən istifadə edərək, yeni hücumlara hazırlaşmaq istəyir"

“Humanitar atəşkəsi digər atəşkəsdən fərqləndirən cəhət var. Humanitar atəşkəs zamanı humanitar fəaliyyətlər həyata keçirilir, əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi baş verir. Buna Azərbaycan müsbət cavab verib. Lakin Ermənistan vədlərinə sadiq qalmayıb”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində deyib.

“Oktyabrın 11-də Moskvada humanitar atəşkəslə bağlı bəyanat verildi. Ertəsi gün Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni “SCUD” raketi ilə vurdu. Burada 500 min insan yaşayır. Bu, o deməkdir ki, Ermənistan mülki əhalinin sıx yaşadığı yaşayış məskəninə atəş açıb. Bu, o deməkdir ki, Ermənistan humanitar atəşkəsi pozub. Ondan sonra ikinci dəfə humanitar atəşkəs elan edildi. Ermənistan bunu da pozdu. İkinci humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutdu. Onlara necə etibar etmək olar?! Onlar ikinci dəfə də Gəncə şəhərini “SCUD” raketi ilə vurdular, nəticədə 14 mülki şəxs öldü və 40-dan çox insan yaralandı. İndiyədək 60-dan çox mülki azərbaycanlı öldürülüb. Döyüşlər başlayandan bəri 250 mülki şəxs yaralanıb. Bu, o deməkdir ki, Ermənistan humanitar məqsədli atəşkəsdə maraqlı deyil. Əksinə bundan istifadə edərək vaxt qazanmaq, yenidən qruplaşmaq, yeni hücumlara hazırlaşmaq istəyir”, – deyə Prezidentin köməkçisi bildirib/Report.