XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 22:38

AKP sözçüsü:"Azərbaycanın ərazi bütövlüyü qırmızı sərhədimizdir"

“Ədalətsiz və qanunsuz hücumlar qarşısında Azərbaycanın Vətən müdafiəsi davam edir. Qarabağ Azərbaycan torpağıdır. Ermənistan orada işğalçıdır”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın İdarə Heyətinin növbəti toplantınsından sonrakı çıxışında deyib.

Ömər Çelik bildirib ki, Ermənistan üçüncü dəfə humanitar atəşkəs şərtlərini pozmaqla diplomatik yolu yox, hücum yolu seçdiyini bir daha sübut edib:

“Ermənistan müzakirə istəməyən tərəfdir. Bir tədbir olaraq bəziləri atəşkəs mexanizmini tətbiq etməyə çalışdı. Atəşkəs ermənilər tərəfindən anında pozuldu. Beləcə 23 oktyabr tarixinəcən Ermənistanın Azərbaycandakı mülki əhalinin yerləşdiyi yaşayış məntəqələrinə hücumu nəticəsində 63 mülki vətəndaş həyatını itirib, 219 azərbaycanlı qardaşımız yaralanıb. Bizim nəzərimizdə Azərbaycanın ərazi bütövlüyü qırmızı sərhədimizdir. Ermənistan hücum edən tərəfdir”.

Ömər Çelik bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqə saxlayır və dəstəyini ifadə edir, 18-20 oktyabr tarixlərində isə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakıya səfər edərək Türkiyənin Azərbaycana dəstəyini göstərib.

AKP sözçüsü onu da vurğulayıb ki, problemin həllini istəyənlər ilk növbədə Ermənistanı işgal siyasətindən daşındırmalıdır/APA.