XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 23:36

Hulusi Akar Özbəkistan prezidenti ilə görüşdü –Hərbi əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarı qəbul edib.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, Şavkat Mirziyoyev Özbəkistanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri istiqamətində əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. Özbəkistan dövlətinin başçısı son 3 ildə iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qalxdığını diqqətə çatdırıb.

Hülusi Akar qəbula görə təşəkkürünü bildirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə edilib, son illərdə müdafiə sahəsində həyata keçirilən birgə tədbirlər planına yekun vurulub.

Danışıqlar zamanı Özbəkistanın və Türkiyənin müdafiə qurumları arasında qarşılıqlı fəaliyyət, hərbi kadrların hazırlanması sahəsində proqramın həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması, regionda təhlükəsizliyin qorunması məsələləri də diqqət mərkəzində olub.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.

Hülusi Akar gələcəkdə Özbəkistanla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildirib.