XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 15:32

Ləğv edilən MTN-nin həbsdə olan generalına “yox” deyildi –Məhkəmə qərarı

mtn-00

Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə S. Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.