XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 17:07

Azərbaycanlı generaldan erməni generala cavab:"Hara qaçacaqsınız?"

yasar-aydemirov

Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov erməni general Arkadi Ter-Tadevosyanın iddialarına cavab verib.

Guya Ermənistanın hansısa "gizli silaha" sahib olması barədə erməni generalın fikirlərini şərh edən sabiq hərbi birlik komandiri Yaşar Aydəmirov APA-ya bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar  yeganə ümidi olan və danışdıqlarına hətta özünün də inanmadığı "komandos” ləqəbli bir ünsürün xidmətlərindən tez-tez istifadə etməyə başlayıb: "Guya erməni "sənətkarların” əli ilə yaradılan və hələ heç kəsə məlum olmayan ən çətin gün üçün saxlanılan "gizli erməni silahı” barədə istifadə müddəti bitmiş birinin lovğalanaraq dilə gətirdiyi cəfəng fikirlər yaşlaşdıqca ağlını itirənin sayıqlamasıdır. Bu, ancaq gülüşlə qarşılanmalıdır.

Həqiqətdə isə son vaxtlar cəbhədə canlı qüvvə, hərbi texnika sarıdan xeyli sayda itki verən düşmən səriştəsizliyini ört-basdır etmək üçün bu cür uydurma və sayıqlamalarla dolu boş nağıllarla erməni xalqını doyurmağa  çalışır. Amma bu üzdəniraq erməni "qəhrəmanı” özü də yaxşı bilir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi taktiki üstünlüyün və əsgərlərimizin qazandığı uğurların nəticəsidir ki, qoşunların təmas xəttinə yaxın işğal olunmuş yaşayış məntəqələrində məcburən yerləşdirilən erməni əhali köçür. Hətta erməni hərbçilərinin zorakılığına, hədə-qorxularına məhəl qoymayan ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər. Yəqin ki, köçərək növbəti sığınacaqları yer qədim yurd yerimiz İrəvan şəhəri olacaq. Burada yerinə düşən əsas sual budur: bəs sonra hara qaçacaqlar?”.