XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 20:22

Türkiyədə şəhid general Polad Həşimov adına parkın açılışı olub- FOTO

Bu gün Türkiyədə Azərbaycan Ordusnun generalı, şəhid Polad Həşimovun adı verilən parkın açılışı olub.

Bursa vilayətinin Osmanqazi bələdiyyəsindən APA-ya verilən məlumata görə, Osmanqazi Bələdiyyə Məclisi yeni salınan istirahət məkanına general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün onun adının verilməsi təklifini yekdilliklə qəbul edib.

Osmanqazi Bələdiyyə sədri Mustafa Dündar bildirib ki, şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, Azərbaycana mənəvi dəstəyin nümunəsidir.

M.Dündar Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən, Ermənistanın xain hücumlarına qarşı  Azərbaycan Ordusunun əks hücumlarından danışaraq deyib ki, qardaş ölkənin  qısa zamanda işğal altındakı bütün torpaqlarını azad edəcəyinə inanır.

Qeyd edək ki, Osmanqazi rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışına bursalılarla yanaşı, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.

Ümumilikdə 2 min kvadratmetrlik parkda fitnes və idman avadanlıqları yerləşdirilib, yaşıllıq sahəsi, uşaq meydançası, idman meydançası, gəzinti yolları salınıb.

Onu da bildirək ki, bu gün Osmangazi Bələdiyyəsi 29 Oktyabr Türkiyə Cümhuriyyəti Bayramının 97-ci ildönümü münasibətilə bursalılara 97 min Türkiyə bayrağı paylayıb.