XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 11:50

Prezidentin köməkçisi:"Düşmən döyüş meydanından qorxaraq qaçır"

“Dünən ermənilərin Bərdə şəhərinə hücumu nəticəsinə 21 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.

Bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir:

“Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında, real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımları həyata keçirirlər”/Report.