XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 14:40

Hikmət Hacıyev:"Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb ki..."

“Ermənistanın hərbi-siyasi rəhbərliyi o qədər quzğunlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə, Tərtər şəhərində olduqda da ətraf məntəqələri bombalamaqda davam edirdilər. Onların hər hansı bir məsuliyyət hissi qalmayıb”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Göründüyü kimi, onların hədəfi yenə də mülki insanlardır. Bu, Xocalı faciəsindən başlayan və bu gün də davam edən Ermənistanın mülki insanlara qarşı insanlıq əleyhinə, hərbi və müharibə cinayət əməllərinin tərkib hissəsidir”, – deyə o, bildirib/Report.