XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 09:05

İran prezidentinin xüsusi elçisi İrəvana gedib –"Qarabağ Planı"

Bakıda və Moskvada danışıqlar apardıqdan sonra İran prezidentinin xüsusi elçisi Seyyid Abbas Əraqçi İrəvana yola düşüb.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, Əraqçi ilk iki səfərinin nəticələri barədə açıqlamalar verib.

XİN rəhbərinin müavini bildirib: “Azərbaycan və Rusiya rəsmiləri ilə çox intensiv və faydalı danışıqlar apardıq. Sülh həlli tapmaq üçün Ermənistan hakimiyyəti ilə də danışıqlar aparacağıq. İndi çox həssas zamandır, sülhün bərqərar olması üçün ən qısa müddətdə qərar verilməli və barışığa yol açılmalıdır”.

Əraqçi əlavə edib: “İtkilərin sayı artır və bu, təəssüf doğurur. İnanırıq ki, barışıq yolu ən qısa müddətdə açılacaq və İslam Respublikasının təklifi buna vəsilə ola bilər.

İran həm Azərbaycan, həm də Ermənistanla qonşudur. İranda hər iki xalqın nümayəndələri dinc yanaşı yaşayırlar. Həm də mövqeyimiz həmişə tarazlı olub. İslam Respublikasının təşəbbüsü bölgədə davamlı barışıq məqsədi daşıyır və ümid edirəm ki, digər ölkələrin əməkdaşlığı ilə bunu etmək üçün lazımi potensiala sahibik, hədəfə çatacağıq”.