XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 09:26

“Human Rights Watch”:"Ermənistan Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atıb"

“Human Rights Watch” Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.

Təşkilat bu barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü  atıb və ya atılmasını təmin edib.

“Hücumda ən az 21 mülki şəxsin öldüyü və ən az 70 nəfərin yaralandığı bildirilir.

“Human Rights Watch” kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib”, – açıqlamada qeyd olunub. (apa)