XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 10:19

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb –Ən yüksək yoluxma Bakıdadır

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

“Koronavirus.info” xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür – 55.2 faiz.

Abşeronda yoluxma faizi 14.5 faiz, Aranda 10.6 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 2.9 faiz, Quba-Xaçmazda 2.5 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Yuxarı Qarabağda 1.1 faizdir.

Naxçıvanda yoluxma 0.08 faiz, ölkə xarici yoluxma isə 0.9 faiz təşkil edir.

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.