XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 14:24

Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib –VİDEO

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.