XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 17:36

İşğaldan qurtulan daha 4 sərhəd zastavası üzərində dövlət bayrağı ucaldılıb- VİDEO

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

APA-nın yerli müxbirinin məlumatına görə, Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb.

Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

1993-cü ildə işğal olunmuş, 27 ildən sonra azad edilmiş dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 km hissəsinin işğaldan azad edilməsi dövlət sərhədinin tam bərpası baxımından önəmli hadisədir.