XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 21:47

İstanbulda kitabxanaya Polad Həşimovun adı veriləcək

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.

Onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.

Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq. (apa)