XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 13:12

Abbas Əraqçi:"Minsk qrupunu əvəzləmək niyyətimiz yoxdur"

“İranın “Qarabağ Planı” Minsk qrupu təşəbbüslərinin əvəzi deyil”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu Ankaraya yollanmazdan əvvəl İran prezidentinin xüsusi elçisi Seyyid Abbas Əraqçi bildirib.

Bakı, Moskva və İrəvandan sonra Türkiyə paytaxtına üz tutan xarici işlər nazirinin müavini deyib: “Planımız Minsk qrupu təşəbbüslərinin əvəzi deyil, əksinə, onun tamamlayıcısıdır”.

Abbas Əraqçi İslam Respublikasının Dağlıq Qarabağ böhranının həlli üçün təklif etdiyi paketin çatışmazlıqların aradan qaldırılması və təşəbbüsləri tamamlamaq məqsədi daşıdığını söyləyib. “İran bölgədə mövcud olan, Azərbaycan və Ermənistanla yaxın əlaqələrə malik ölkələrin bu böhranın həllində təsirli iştirakını və regionda bütün ölkələr üçün vacib olan davamlı sülh təklif edir”.