XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2020 - 20:48

Rusiya səfirliyi erməni mətbuatının yaydığı xəbəri təkzib etdi:"Rus sərhədçilərin öldürülməsi barədə yayılan xəbər şayiədir"

Rusiya Federasiyasının Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib.

Bu barədə səfirliyin “Facebook”dakı səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.

“Kütləvi informasiya vasitələri nümayəndələrinin iki rus sərhədçisinin ölümü ilə bağlı bir neçə mənbədə eyni anda ortaya çıxan “məlumatları” şərh etmək istəyi ilə əlaqədar olaraq bildiririk. Bu, həqiqətə uyğun deyil.

KİV-i bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırırıq”, – deyə diplomatik missiyanın “Facebook”dakı səhifəsində bildirilib.